Xəbərlər 28.04.2025 13:14 29

Pərvanə Vəliyeva: "Qlobal Cənubun Bandunq prinsipləri və vətəndaş cəmiyyəti həmrəyliyi Azərbaycan üçün böyük uğurdur"

Bugün ölkəmizdə Qlobal Cənub-cənub əməkdaşlığı üzrə beynəlxalq konfrans - təsis konfransı keçirilir, 110-dan çox ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qlobal Cənubun Bandunq prinsiplərinin yenidən doğuşunu, yeni nəfəsdə implementasiyasını görürük. Qlobal cənubun Vətəndaş cəmiyyəti həmrəyliyinin gücləndirilməsi ölkəmizdə QHT sektorunun növbəti uğurudur.

Azərbaycan daim qlobal məsələlərin həllində çoxtərəfliliyi və inklüzivluğu dəstəkləyir və təşviq edir.

COP29 zamanı vətəndaş cəmiyyətinin iqlim müzakirələrində mənalı şəkildə iştirak etməsi nümunəsi, hamı üçün dayanıqlı gələcək düşüncəsində inklüziv dialoq və iştirakçı yanaşmanı tərənnüm etməsi və COP29 irsi olaraq ərsəyə gəlib. Qlobal Cənub platforması beynəlxalq QHT camiəsinə yeni nəfəs gətirəcək və qlobal/regional məsələlərin həllində Asiya, Afrika, Latın Amerika, Pasifik regionundan VCT-lərin səsi olacaqdır.

 

Pərvanə Vəliyeva

Deputat, Milli QHT Forumun idarə heyətinin üzvü


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı