Xəbərlər 20.06.2025 19:59 73

Elşad Məmmədov: "Azərbaycanın texnoloji inkişafı üçün innovativ investisiyalar və ixrac bazarı genişləndirilməlidir"

İnnovativ İqtisadi Adırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov Azərbaycan iqtisadiyyatının inkişafı və texnoloji sahələrdəki irəliləyişlər haqqında QHT.az-a açıqlama verib.

O, ölkəmizdə qeyri-xammal sektorunun inkişafı ilə bağlı bir sıra mühüm qərarların qəbul edildiyini və müəyyən nailiyyətlər əldə olunduğunu bildirib. Lakin, professor bu istiqamətdə daha çox işlərin görülməli olduğunu vurğulayıb:

"Ölkə iqtisadiyyatının innovasiya və yüksək texnoloji tutumlu olması ilə bağlı bir çox işlərin reallaşdırılmasına ehtiyac var. Bir tərəfdən innovativ və yüksək texnoloji tutumlu investisiyaları kəskin şəkildə artırmaq, digər tərəfdən isə istehsal olunacaq yüksək texnoloji məhsulların ixrac bazarlarının stimullaşdırılması, genişləndirilməsi istiqamətində işlər aparılmalıdır və eyni zamanda daxili bazarın da formalaşdırılması və genişləndirilməsi vacibdir. Düşünürəm ki, yüksək texnoloji istiqamətlər üzrə inkişafın təminatı üçün yuxarıda qeyd etdiyim istiqamətlər üzrə sistemli və kompleks tədbirlərin həyata keçirilməsi önəmlidir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı