Xəbərlər 03.07.2025 14:23 33

“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı növbəti seminar keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyinin həyata keçirdiyi “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan Olimpiya Kompleksində təşkil edilmişdir. 

QHT.az xəbər verir ki, seminarda Şirvan şəhər  sakinləri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə rolu və s. barədə məlumatlar verildi.

Müzakirələrdə Z. Məmmədov, R. Bağırov,  M. Mustafayev, B. Əliyeva, R. Vəliyeva, O. Həsənov və başqaları ictimai nəzarətin cəmiyyətin inkişafında müsbət rolu barədə fikirlərlərini bildirdilər. Qeyd olundu ki, məişət tullantılarının daşınması, utilizasiyası müntəzəm həyata keçirilir, lakin vətəndaşlar bəzən özləri problemlər yaradırlar, tullantıları konteynerlərə deyil, hara gəldi atırlar, bu zaman texnikadan istifadə çətinləşir və daha çox vaxt itirilir.  Su, kanalizasiya xətlərinin yenidənqurulması zamanı küçə və məhəllələrin yolları bərbad hala düşür, amma onların bərpası xeyli vaxt aparır və vətəndaşların haqlı narazılığına səbəb olur.

Çay fasiləsi zamanı müzakirələr davam etdirildi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı