Xəbərlər 30.06.2025 14:04 68

Elşad Məmmədov: “Sosial islahatlar həm sosial, həm də iqtisadi baxımdan stimullaşdırıcı təsir göstərir”

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında sosial sahədə həyata keçirilən islahatların həm sosial, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, əhalinin maliyyə imkanlarının genişlənməsi təkcə sosial rifahın yaxşılaşmasına deyil, eyni zamanda iqtisadi aktivliyin artırılmasına xidmət edir:

"Nəzərə almaq lazımdır ki, sosial istiqamətdə aparılan islahatlar və əhalinin maliyyə imkanlarının genişlənməsi, bir tərəfdən sosial məna daşımaqla yanaşı, digər tərəfdən iqtisadi stimullaşdırıcı effektləri qaçılmaz edir. Ona görə də son illər ərzində sosial müdafiə sistemində əldə olunan müsbət nəticələr, şübhəsiz ki, sosial effektlə yanaşı, iqtisadi effekt də verir. Düşünürəm ki, bu il sosial sahədə reallaşdırılan artımlar, təbii ki, daxili bazarda alıcılıq qabiliyyətinin qorunmasına və inkişafına xidmət edəcək və bu da iqtisadiyyatda müvafiq stimullaşdırıcı effekt yaratmalıdır. Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında böhran şəraiti davam edir. Bu böhran dərinləşməkdədir və belə olan halda, daxili bazarın maksimum şəkildə stimullaşdırılması və sosial layihələrin genişləndirilməsi olduqca vacibdir."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı