Xəbərlər 21.04.2025 08:17 74

"Mübahisə etmək nəyi düzəldir?" – Mediator Südabə Məmmədovanın cavabı

Gəncə bir saylı Mediasiya təşkilatının direktoru Südabə Məmmədova "Mübahisə etmək nəyi düzəldir?" sualını düşündürücü və dəyərli bir mövzu kimi dəyərləndirərək bildirib ki, cavab vəziyyətə, münasibətə və mübahisənin formasına bağlıdır.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, əgər mübahisə sağlam və qərəzsiz şəkildə aparılarsa, müəyyən anlaşılmazlıqların aradan qaldırılması mümkündür. Lakin aqressiv və təhqiramiz formada mübahisə münasibətləri zədələyə, qarşılıqlı hörməti azalda və ümumi vəziyyəti daha da gərginləşdirə bilər.

“Mübahisə özü-özlüyündə nə yaxşıdır, nə də pis. Əsas məsələ onun necə və hansı niyyətlə aparıldığıdır,” – deyə Südabə Məmmədova qeyd edib. O, əlavə edib ki, peşəkar mediatorlar üçün isə mübahisə anlayışı əslində mövcud deyil – çünki onlar məsələləri dialoq və anlaşma yolu ilə həll etməyə çalışırlar.

Mediator sonda oxuculara sual ünvanlayıb: “Bəs sizcə, mübahisə etmək lazımdırmı, yoxsa sakitlik daha önəmlidir?”

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı