"Təhlükəsiz yollar etibarlı gələcəyin təminatçısıdır" adlı tədbir keçirildi - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəsi Zeynəb Şükürovanın təşəbbüsü, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi ilə yol hərəkəti qaydalarının öyrənilməsi ilə əlaqədar olaraq "Təhlükəsiz yollar etibarlı gələcəyin təminatçısıdır" adlı tədbir keçirildi.
QHT.az xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları baş leytenant Əbuzər İsmayılov və Samir Sultanov iştirak etmişdi.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarının erkən yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsinin təmini olub. Əməkdaşlar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, mövzu ilə bağlı sorğu keçirilib, uşaqlara yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək tövsiyə edilib.
Tədbir uşaqların mövzu ilə bağlı fikirlərinin dinlənilməsi və sualların cavablandırılması ilə başa çatıb.