Xəbərlər 15.04.2025 19:55 204

Meksikanın Azərbaycandakı Səfirliyində QHT nümayəndələri ilə görüş keçirilib

Meksikanın Azərbaycandakı Səfirliyində “Ümidli Gələcək” nümayəndələri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Meksikanın Azərbaycandakı səfiri ilə “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və birliyin direktor müavini Sənan Ağayev arasında görüş keçirilib. Görüşdə qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində həyata keçirilən sosial xidmətlər, o cümlədən VAİM (Vahid Ailə İnformasiya Mərkəzi) və təşkilat tərəfindən göstərilən dəstək mexanizmləri müzakirə olunub.

Görüş zamanı 24/7 fəaliyyət göstərən qaynar xəttlərin və dəstək mərkəzlərinin zorakılığa məruz qalan qadınlar və uşaqlar üçün nə dərəcədə əhəmiyyətli olduğu vurğulanıb. Tərəflər bu sahədə ortaq məqsədlərin müəyyən edilməsi və gələcək əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində razılığa gəliblər.

"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" (Azerbaijan Child Helpline Service) və Qadın Dəstək Xətti (Women Crisis Centre) tərəfindən təqdim olunan xidmətlər də xüsusi olaraq qeyd olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı