"Aprel" şəhidimiz Mirsalam Cəfərovun doğum günüdür
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Mirsalam Cəfərov 1994-cü ilin 7 aprel tarixində Tovuz rayonunun Bayramlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2011-2013-cü illərdə hərbi tibb məktəbində təhsil alıb və həmin məktəbi bitirdikdən sonra Beyləqan rayon N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ildə XTQ kursunu, 2015-ci ildə isə Ankarada Xüsusi təyinatlı Qüvvələr məktəbini bitirdikdən sonra Azərbaycanda XTQ tərkibində kəşfiyyatçı olaraq xidmət etməyə başlayıb. Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə şəhidimiz doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salınıb.
Mirsalam Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Ruhu şad olsun!