Xəbərlər 01.04.2025 10:40 170

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini və soyqırım qurbanlarının xatirəsini anıb

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

QHT.az xəbər verir ki, ziyarət zamanı iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra kollektiv 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Kompleksin ərazisində yerləşən abidənin önünə əklil və gül dəstələri düzülərək soyqırımı qurbanlarının xatirəsi anılıb. Ziyarətçilər memorialın ekspozisiyası ilə tanış olub, kompleksin mütəxəssislərindən 1918-ci ildə baş verən qanlı hadisələr haqqında ətraflı məlumat alıblar.

Qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə yaradılıb. Bu kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar zamanı həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı