Xəbərlər 25.04.2025 00:11 38

Alovda Yanan Planet: Buxarlanan Dünya kəşf olundu

Amerikalı alimlər Günəşdən 140 işıq ili uzaqda yerləşən, istilər altında buxarlanan ekzoplanet - BD+05 4868 Ab-ı aşkar ediblər. Massaçusets Texnologiya İnstitutunun alimləri bu planeti TESS teleskopu vasitəsilə müşahidə ediblər.

QHT.az xəbər verir ki, Peqas bürcündə yerləşən bu qayalı planet öz ulduzuna o qədər yaxındır ki, səthi 1600°C-ə qədər qızaraq hər orbitdə 350 milyard ton kütlə itirir və 9 milyon kilometrlik toz quyruğu yaradır. Bu quyruq planetin "yanan" vəziyyətdə olduğunu sübut edir. Alimlər bu kəşfi “canlı laboratoriya” adlandırır. Ceyms Uebb Kosmik Teleskopunun köməyi ilə planetin tərkibinin daha dərindən öyrənilməsi və başqa planetlərin təsirinin araşdırılması planlaşdırılır.

Bu hadisə Yerin və digər planetlərin gələcək taleyini anlamağa, planetlərin təkamülünü və yaranmasını öyrənməyə mühüm töhfə verir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı