Qırmızı şərab xərçəngdən qoruya bilərmi?
Qırmızı şərabın tərkibindəki antioksidan resveratrolun xərçəngdən qoruma potensialı olduğu düşünülür. Lakin yeni araşdırmalar bunun aydın sübut olunmadığını göstərir.
QHT.az xəbər verir ki, ABŞ-ın Brown Universitetinin alimlərinin 96.000 nəfərin iştirak etdiyi 42 tədqiqatın məlumatlarını analiz etməsi nəticəsində qırmızı və ağ şərab arasında xərçəng riski baxımından əhəmiyyətli fərq tapılmayıb. Bununla belə, ağ şərab içməyin dəri xərçəngi riskini 22% artırdığı və qadınlarda ümumi xərçəng riski ilə daha güclü əlaqəsi olduğu müəyyən edilib.
Alimlər spirtin orqanizmdə parçalanaraq DNT-yə zərər verən birləşmələr yaratdığını və 2020-ci ildə spirt istehlakının dünya üzrə 740.000-dən çox xərçəng hadisəsi ilə əlaqələndirildiyini bildiriblər.
R.İmanov