ABŞ Rusiyaya qarşı kiberhücumları dayandırır
ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ Kiber Komandanlığına Rusiyaya qarşı hücum əməliyyatlarını dayandırmağı əmr edib.
QHT.az xəbər verir ki, bu addım, Rusiya prezidenti Vladimir Putini Ukrayna və ABŞ ilə yeni münasibətlər barədə danışıqlara cəlb etmək üçün atılıb. Təlimat, Prezident Donald Trump-ın Ukrayna Prezidenti Vladimir Zelenski ilə mübahisəsindən əvvəl verilib. Rəsmi şəxslər bildirir ki, Rusiya şəbəkələrinə casusluq məqsədilə çıxışı qorumaq, Putinin niyyətlərini anlamaq üçün vacibdir.
ABŞ-ın bu qərarı Avropa müttəfiqləri ilə əməkdaşlığa təsir edə bilər. ABŞ indiyədək Rusiyaya qarşı mübarizədə gizli kiber əməliyyatlar həyata keçirib, lakin indi diqqətini Çinə yönəldə bilər.
R.İmanov