"Fəlakətə hazırlıq": Keçmiş ABŞ rəsmisi zənginlər üçün yeraltı şəhəri elan etdi
Bu bunkerlər şəbəkəsinin yaradılmasına ən azı 21 trilyon dollar xərclənib, o cümlədən yeraltı da var.
QHT.az xəbər verir ki, ABŞ hökuməti 1998–2015-ci illərdə 21 trilyon dollarlıq gizli vəsaitlə elitanı qorumaq üçün yeraltı infrastruktur yaradıb. Bu barədə sabiq rəsmi Ketrin Ostin Fitts Taker Karlsonun podkastında bildirib. O, bəzi bunkerlərin su altında yerləşə biləcəyini və nüvə müharibəsi və ya gizli layihələr üçün nəzərdə tutulduğunu deyib. ABŞ-da Çeyen Dağ Kompleksi, Raven Rock və Mount Weather kimi rəsmi sığınacaqlar mövcuddur. Son illərdə isə zənginlər üçün özəl bunkerlərə maraq artıb.
R.İmanov