Alimlər balinalar haqqında təəccüblü kəşf ediblər
Bu, balinalar arasında yalvarış çağırışlarının mövcudluğunun ilk sübutu ola bilər.
QHT.az xəbər verir ki. tədqiqatçılar, balina balalarının analarından süd istədikdə yalvardığını kəşf ediblər. Paris-Saklay Nevrologiya İnstitutu və digər tədqiqat mərkəzlərinin apardığı araşdırmada, balinaların sosial siqnallar verdiyi və süd istədikdə qısa, aşağı tezlikli səslər çıxardıqları müəyyən edilib. Bu səs siqnalları, ananın cavabını gözləyərək balanın süd vəzilərinə yaxınlaşmasını təmin edir.
Tədqiqatçılar, bu siqnalların analara məxsus olub-olmadığını və digər balalara qarşı reaksiyanı öyrənməyi planlaşdırırlar. Araşdırma, okean səs mənzərəsinin qorunmasının vacibliyini vurğulayır.
R.İmanov