Xəbərlər 06.12.2024 21:00 241

“Texnologiyalara investisiyalar iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq”- PROFESSOR

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı üçün texnologiyalara yönəlik investisiyalar prioritet olmalıdır. Yüksək texnologiyalara sərmayə qoyuluşunun həm yeni iş yerləri, həm də yüksək əməkhaqqı imkanları yaradacağı vurğulanıb.

QHT.az xəbər verir ki, o, xarici investisiyaların əsasən texnologiyaların idxalı baxımından əhəmiyyətli olduğunu qeyd edib. İnflyasiyanın qlobal və lokal problemlərindən danışan professor, pandemiya sonrası iqtisadiyyatda pul kütləsinin artımının yaratdığı təsirlərə diqqət çəkib.

Elşad Məmmədov Azərbaycanın artan büdcə göstəricilərini müsbət qiymətləndirərək, 2025-ci ilin büdcə layihəsində sosial xərclərin xüsusi yer tutduğunu bildirib. Sosial dəstək və özünüməşğulluq proqramlarının dövlətin iqtisadi və sosial missiyasına mühüm təsir etdiyi vurğulanıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı