İsrailin hava hücumları nəticəsində Livanda 77 nəfər həlak olub
Livanın Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi gün ərzində İsrailin hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyyə, Səidə və Tire əyalətlərində, eləcə də ölkənin şərqində yaşayış məntəqələrinə təşkil etdiyi reydlər zamanı ölən və yaralananlar barədə məlumat verib.
QHT.az xəbər verir ki, 24 saat ərzində 77 vətəndaş İsrailin bombardmanının qurbanı oldu, daha 180 vətəndaş yaralandı. Son 24 saat ərzində düşmən aviasiyası Livan ərazisinə 138 zərbə endirib.
Bundan əlavə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin hava hücumları və artilleriya hücumları nəticəsində itkilər barədə məlumatlar yenilənib. Bununla da ölənlərin sayı 2787, yaralıların sayı 12772-yə çatıb.
Pərvanə Fərhadqızı