“İlk tibbi yardım” layihəsinin təlimlərinin icrası başa çatdırılıb - FOTOLAR
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlk tibbi yardım” layihəsinin təlimlərinin icrasını başa çatdırıb.
QHT.az xəbər verir ki, bu barədə “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinin sədri Təranə Musayeva məlumat verib. Onun sözlərinə görə, layihə 01 avqust - 31 oktyabr 2024-cü il tarixlərini əhatə edib. Layihədə əlilliyi olan 16 uşağın anası iştirak edərək tibbi sahədə mariflənıb, ailə üzvlərinə və əlilliyi olan övladına tibbi xidmət göstərmək bacarığına yiyələnıb. Layihə həm nəzəri, həm təcrübi olaraq icra olunmuş, iştirakçılara tərtib olunmuş proqramdan əlavə, proqramda nəzərdə tutulmayan sarğılar öyrədilmiş, qulağa həşərat daxil olduqda onun çıxarılması yolları izah olunub. Layihənin sonunda anaların bilik və bacarıqları sual-cavab və təcrübi olaraq yoxlanaraq qiymətləndirilib.
Çətinlik çəkən iştirakçılara sistemin qoşulması, vazofiksin qoyulması və əzələ daxili inyeksiyalar təlimçi tərəfindən təkrar izah olunub. Layihə boyunca təlim materialları iştirakçılara təqdim olunub, hər bir təlim lentə köçürülərək YooTube kanalında yerləşdirilib. Bu da iştirakçılar çətinlik çəkdikləri mövzuları təkrar baxaraq yada salmalarına şərait yaradacaqdır. Layihə müddətində 15-ci və 30-cu günlər layihənin qiymətləndirilməsi aparılıb. İştirakçılar layihə haqqında müsbət fikirlərini bildiriblər. Onlar tibbi maarifləndirici layihələrin əlilliyi olan uşaqların analarına və onların övladlarının həm sağlamlığına, həm də reabilitasiyasına müsbət təsir göstərdiyini vurğulayıblar.
Sonda layihənin təqdimat mərasimi təşkil olunub, iştirakçılara sertifikatlar, layihənin icrasına dəstək olan “SENİ” Şirkətinə və digər şəxslərə təşəkkürnamələr təqdim olunub.