Qlobal istiləşməyə qarşı 1,5°C çağırışı - FOTOLAR
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlim Fəaliyyəti üçün Yürüş" təşkil olundu.
QHT.az xəbər verir ki, yürüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Azərbaycandakı BMT nümayəndəliyi, eləcə də müxtəlif ictimai təşkilatların təmsilçiləri iştirak etdilər. Tədbir zamanı 1,5 km məsafə qət edilərək qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün beynəlxalq çağırışlara dəstək göstərildi. Bu yürüş, iqlim dəyişikliyinə qarşı mübarizədə birgə addımların atılmasının əhəmiyyətini vurğulayan mühüm aksiya olaraq qeyd edildi.
Aksiya iştirakçıları ekoloji problemlərə diqqət çəkərək, davamlı gələcək üçün tədbirlər görməyə çağırdılar.