Musk biznesini itirəcəkmi?
Amerikalı sahibkar İlon Maskın Starlink şirkəti biznesmen X sosial şəbəkəsinin bloklanması tələblərinə əməl etməsə, Braziliyada işləmək icazəsini itirə bilər.
QHT.az xəbər verir ki. hökumət onun lisenziyasını ləğv edərsə, Starlink ölkədə fəaliyyət göstərmək hüququnu itirə bilər.
Avqustun 17-də X sosial şəbəkəsi senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsi ilə münaqişəyə görə Braziliyada fəaliyyətini dayandıracağını elan etdi. Avqustun 29-da Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Alexandri de Morais Musk-a 24 saat ərzində ölkədə platformanın yeni qanuni nümayəndəsini təyin etməsini tələb edərək, çağırış vərəqəsi verib. Lakin sahibkar bu tələbi yerinə yetirməkdən imtina edib.
Pərvanə Fərhadqızı
Avqustun 30-da Braziliya Ali Məhkəməsi sosial şəbəkənin ölkədə fəaliyyətini dərhal dayandırmağı əmr edib.