Elon Musk hər gün seçicilərə 1 milyon dollar paylayacağına söz verib
Milyarderin təklifi ABŞ seçki qanunlarının potensial pozulmasıdır.
QHT.az xəbər verir ki, İlon Maskın ABŞ-da seçicilərə pul təklif etməsi, seçki qanunlarını pozma ehtimalı səbəbilə tənqidlərə məruz qalıb. Mask Pensilvaniya ştatında bir seçiciyə 1 milyon dollarlıq çek verərək, bu addımın Konstitusiyaya düzəlişləri dəstəkləyən seçicilərə gündəlik ödənişlərin başlanğıcı olduğunu deyib. Bu təklif Pensilvaniya, Miçiqan, Arizona və Corciya kimi ştatlarda seçicilərə də 47 dollarlıq ödəniş vədi ilə müşayiət olunur.
Hüquqşünaslar bunu səslərin satın alınması qadağasına zidd hesab edirlər.
Pərvanə Fərhadqızı