Vüqar Bayramov: "Neft qiymətlərinin azalması Azərbaycanın iqtisadiyyatına təsir edir"
Deputat Vüqar Bayramov neftin dünya bazar qiymətlərinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirlərini açıqlayıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Brent markalı neftin qiyməti 76 dollara enib: "ABŞ-da neft hasilatı artaraq gündəlik 13.3 milyon bareldən çoxdur. Neftin qiyməti Azərbaycanın valyuta daxilolmaları üçün vacibdir, çünki ixracatın təxminən 80 faizi neft və neft məhsullarından ibarətdir. 2024-cü ilin büdcəsində neftin qiyməti 60 dollardan 75 dollara qədər artırılıb. Neft gəlirlərinin manatın məzənnəsinə təsir edəcəyi və Mərkəzi Bankın ehtiyac olduqda valyuta bazarına müdaxilə edəcəyi vurğulanıb".