Qubad Qasımov: "QHT.az vətəndaşların diqqətini çəkən ən reytinqli xəbər portalı kimi tanınmaqdadır"
İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov:
"QHT.az saytının 9 illiyi münasibəti ilə təbrik edirəm.
QHT.az saytı yarandığı gündən doğru xəbərləri və ölkənin gündəmini operativ işıqlandırmağı ilə vətəndaşların diqqətini çəkən ən reytinqli xəbər portalı kimi tanınmaqdadır. İstedadlı Əlillər İctimai Birliyinin fəaliyyəti dövründə sosial şəbəkə vasitəsilə yayımladığı məlumatları QHT.az sayıtının rəhbərliyi və kollektivi tərəfindən hər zaman təmənnasız olaraq işıqlandırılmışdır.
Birliyimiz adından, birliyimizin çox saylı üzvləri adından QHT.az sayıtının kollektivinə və rəhbərliyinə yorulmaz fəaliyətlərində uğurlar arzulayırıq".