Xəbərlər 11.07.2024 08:19 3548

Elşad Məmmədov: QHT sektorunun inkişafında hesab edirəm ki, bu saytın çox böyük xidmətləri var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov:

 “Mən QTN.az saytının bütün əməkdaşlarını saytın 9 yaşının tamam olması münasibəti ilə təbrik edirəm. Mən bütün sayt əməkdaşlarına onların fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Hesab edirəm ki, bu sayt fəaliyyəti dövründə ölkə ictimaiyyəti arasında böyük nüfuz qazanıb. Bu, sözsüz ki, saytın ölkədə, bölgədə və dünyada baş verən proseslərə nümayiş etdirdiyi münasibətlə, mövqeyliə birbaşa bağlıdır.

Əslində, QHT sektorunun inkişafında hesab edirəm ki, bu saytın çox böyük xidmətləri var. Düşünürəm ki, sayt operativliyi ilə, çevikliyi ilə, eyni zamanda baş verən proseslərə ədalətli yanaşmaq cəhdləri ilə ölkə ictimaiyyəti arasında nüfuz qazanıb. Heysəb edirəm ki, bu nüfuzun qorunmasını bundan sonra da sayt öz əsas başlaca hədəflərindən biri kimi götürməlidir. Mən ümid edirəm ki, bu sayt bundan sonra da öz ədalətli mövqeyilə ölkədə və ölkədə dünyada baş verən proseslərə yanaşacaq.

Mən bir daha sayt əməkdaşlarını təbrik edirəm! Sayta gələcək fəaliyyətindən müvəffəqiyyətlər arzu edirəm və eyni zamanda bütün sayt əməkdaşlarına möhkəm can sağlığı arzu edirəm”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı