Apreldə 49 166 vətəndaş qəbul edilib
2025-ci ilin aprel ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 49 166 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Həmin vətəndaşların 167 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 1 633 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 3 380 nəfəri mərkəzi, 43 986 nəfəri isə regional filiallarda qəbul edilib.