Xəbərlər 15.05.2025 16:35 92

Elşad Məmmədov: "Bu cür görüşlər İctimai Şuranın fəaliyyətinə müsbət təsir göstərir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin iştirakı ilə keçirilmiş görüşün əhəmiyyətini yüksək qiymətləndirib.

QHT.az-a açıqlama verən Elşad Məmmədov bildirib ki, sözügedən görüş ölkədə sosial siyasətin həyata keçirilməsi çərçivəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Görüş çox konstruktiv və məzmunlu şəraitdə keçdi. İctimai Şura üzvlərinin qaldırdığı məsələlərə müvafiq reaksiyaların verilməsi üçün qeydlərin aparıldığını müşahidə etdik. Elə suallar var idi ki, həmin suallar ətrafında yerindəcə fikir mübadiləsi aparıldı. Eyni zamanda, İctimai Şura üzvləri yeni təkliflər irəli sürdülər və bu təkliflərin təqdim olunması üçün müraciət edilə biləcək formatla bağlı da fikir mübadiləsi aparıldı. Məqsəd bu ünsiyyətin dayanıqlı şəkildə formalaşdırılması və əlaqələrin ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsində effektivliyə müsbət təsir göstərməsidir".

Elşad Məmmədov bu kimi görüşlərin İctimai Şuranın işinə müsbət təsir göstərəcəyinə inandığını bildirib:

"Düşünürəm ki, Prezident Administrasiyasının nümayəndəsinin və müvafiq nazirliyin rəsmilərinin İctimai Şuranın yeni tərkibdə fəaliyyətə başlamasından çox vaxt keçməməsinə baxmayaraq belə bir tədbirdə iştirak etməsi onu göstərir ki, dövlət qurumları İctimai sektorla əməkdaşlıqda fəallıq nümayiş etdirir. Bu da təbii ki, müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, İctimai Şuramız da ölkədə sosial siyasətin həyata keçirilməsində ictimai nəzarət mexanizmləri çərçivəsində fəal fəaliyyətini davam etdirməkdə qətiyyətlidir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı