Erkən nigahla bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR
14 may 2025-ci il tarixində Sabirabad rayon Nizami Gəncəvi adına tam orta məktəbdə erkən nigahla bağlı maarifləndirici tədbir keçirilib.
QHT.az xəbər verir ki, Tədbirdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Sabirabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq Komissiyasının üzvü Nazim Soltanov, Sabirabad rayon Ailə və Uşaqlara Dəstək Mərkəzinin rəhbəri Şamama Ədilova və məktəbin kollektivi iştirak edib.
Tədbir zamanı iştirakçılara mediasiya, mediasiya yolu ilə həll olunan mübahisələr, erkən nigahla bağlı ailə daxilində yaranan problemlər və onların həllində mediasiyanın rolu barədə məlumat verilib.