AMQF-də QHT sədri ilə görüş keçirilib
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) ofisində görüş keçirilib.
QHT.az xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə arasında fikir mübadiləsi aparılıb.
Görüş zamanı vətəndaş cəmiyyəti sektorunun inkişafı, ictimai təşəbbüslərin dəstəklənməsi və QHT-lər arasında əməkdaşlıq imkanları müzakirə olunub.