Xəbərlər 15.05.2025 12:50 27

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

Cari ilin yanvar-aprel ayları ərzində DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib.

 

2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

 

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. 

 

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı