Xəbərlər 20.06.2024 01:54 893

Azərbaycana Gələn Ərəb Turistlərinin Sayında Artım – Deputatdan açıqlama

“Azərbaycana gələn ərəb turistlərinin sayı üç illik azalmadan sonra 2023-cü ilin ilk beş ayında 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Dövlət Statistika Komitəsi bu artımı turizm mövsümünün başlanması və təbliğat tədbirləri ilə əlaqələndirir”.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 965,6 min turist gəlib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz çoxdur: “Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə və 9,4 faizi Hindistandan olub. Turizm, neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. 2024-cü ilin ilk beş ayında turist sayında artım müşahidə olunsa da, pre-pandemiya səviyyəsinə çatmaq əsas məqsəd olaraq qalır”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı