Xəbərlər 14.06.2024 16:09 3018

Naxçıvanda "Rəqəmsal İnsan Hüquqları Resurs Xəritəsi"nin Təqdimatı Keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında Hüquq və İnsan Haqları İnstitutunun və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) birgə təşəbbüsü ilə yaradılan “Rəqəmsal insan hüquqları resurs xəritəsi”nin (https://lhri.az/az/virtual-map) təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, institutun rəsmi veb səhifəsi (www.lhri.az) üzərindən istifadəyə verilən rəqəmsal xəritə şəhər və regionlarımızda insan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələri olan məlumatları özündə əks etdirir. Xəritə hüquq sahəsində fəaliyyət göstərən şəxslərə, ümumilikdə vətəndaşlara keyfiyyətli, interaktiv xidmətin göstərilməsində və onların informasiya əldə etmək rahatlığının təmin edilməsində geniş imkanlar yaradır.

30 nəfər vəkil və tələbənin iştirak etdiyi tədbirdə təqdimatla çıxış edən İnstitutun təlimçisi Əmrah Rəhimli xəritədə yer alan məlumat bazasının daha da genişləndirilməsi, müəyyən zaman intervalı ilə yenilənməsi istiqamətində müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ndə 74 rayon üzrə - 115 məhkəmə, 83 prokurorluq, 83 polis idarəsi, 33 cəzaçəkmə müəssisəsi, 3216 QHT, 39 mediasiya təşkilatı, 64 uşaq evi və sığınacaq, 13 ruhi-əsəb dispanseri və 132 vəkil bürosu haqqında məlumat yer alıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı