Xəbərlər 22.04.2024 10:47 1107

Uşaq Səfirlər Məclisinin nümayəndələri "Robotex Türkiyə"də uğura imza attı

Uşaq Səfirlər Məclisinin nümayəndələri dünyanın ən böyük robot festivalı olan “Robotex Türkiyə”nin qalibi olub.

QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin nümayəndələri 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb.

Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Məryəm Hacıyeva, Məclisin məktəb nümayəndəsi Zahid İbrahimli və “Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının könüllüsü Nahid İbrahimlinin iştirak etdiyi 5 nəfərlik komanda (VerseTech komandası) “WATER RALLY” kateqoriyası üzrə I yerə layiq görülüb.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Bu böyük qələbə münasibətilə Uşaq Səfirlər Məclisinin nümayəndələrini təbrik edirik!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı