Xəbərlər 19.04.2024 10:52 794

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - Beynəlxalq Elmi Konfransı

UNEC-də bu gün UNEC Biznes məktəbi və Hindistanın Təhsil və Tədqiqat Akademiyasının birgə təşkil edilən “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı Beynəlxalq Elmi Konfransın ilk günü başa çatdı.

QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov məlumat verib. O, qeyd edib ki, 3 gün davam edəcək konfransda dünyanın müxtəlif ölkələrindən təqdim edilmiş 83 elmi məqalə dinləniləcək: "UNEC Biznes Məktəbinin direktoru Nazim müəllim Hacıyev başda olmaqla bütün təşkilatçılara Beynəlxalq konfransın təşkilinə görə təşəkkür edirəm".

Aprelin 20-dək davam edəcək konfransda Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Rumıniya, Tailand, Fillippin, Braziliya və Malaziyadan olan alimlərin aktual mövzuları əhatə edən 90-na yaxın elmi məruzəsi dinləniləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı