Yanvar ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 84,6 mln. manat çox olmaqla 661 mln. manat vəsait ödənilib
Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsaitdə artım dinamikası 2024-cü ildə də davam edir.
Bu ilin yanvar ayında həmin sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çox olmaqla 661 mln. manat təşkil edib.
Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.