Külli miqdarda aksiz markasız siqaret aşkar olunub
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.
Daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobili saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 500 blok və ya 100.000 ədəd “Milano” adlı siqaretlər aşkar edilib.