“Gender bərabərliyi” mövzusunda panel görüş təşkil olunub - FOTOLAR
Ağcabədi 1 saylı mediasiya təşkilatının təşkilatçılığı, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Gender bərabərliyi” mövzusunda panel görüş təşkil olunub.
QHT.az xəbər verir ki, “Bərabərliklə güclənən cəmiyyət” başlığı altında keçirilən tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi 1 saylı Mediasiya Təşkilatı və "Aran" qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.
Paneldə spiker qismində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Ağcabədi 1 saylı Mediasiya Təşkilatının rəhbəri və vəkil Aygün Kərimova, həmçinin “Aran” qəzetinin baş redaktoru, Ağcabədi Bələdiyyəsinin və Gender Komissiyasının sədri Məhsəti Musa çıxış ediblər.
Vüsalə Məmmədova “Gender bərabərliyi və yerli idarəetmədə qadınların iştirakı”, Aygün Kərimova “Gender bərabərliyi və ailədaxili münaqişələrin həllində mediasiyanın rolu”, Məhsəti Musa isə “Təhsildə gender bərabərliyi” mövzularında çıxış edərək iştirakçılarla fikir mübadiləsi aparıblar.
Sonda isə iştirakçılar tərəfindən spikerlərə suallar ünvanlanıb, qarşılıqlı müzakirələr keçirilib.