Hakerlər saxta yeniləmələr vasitəsilə Apple kompüterlərinə hücum ediblər
Apple kompüter istifadəçiləri saxta brauzer yeniləmə bildirişləri adı altında yayılan zərərli proqramlar vasitəsilə haker hücumlarının hədəfinə çevrilib.
QHT.az xəbər verir ki, zərərli proqram sındırılmış veb-saytlar vasitəsilə kompüterlərə daxil olur və Google Chrome və Apple Safari brauzerləri üçün yeniləmələri imitasiya edən saxta fayllarda gizlənir. Təhlillər göstərdi ki, bu saxta yeniləmələrdə RedLine, Amadey və Lumma virusları var.
Hücumda hakerlərin Telegram qrupları vasitəsilə 1000 dollar dəyərində yaydığı Atomic Stealer proqramından istifadə edilir. Aktivləşdirildikdən sonra bu proqram parolları, kukiləri, kredit kartı məlumatlarını oğurlaya, həmçinin yoluxmuş kompüterdəki yerli fayllara giriş əldə edə bilər.
Pərvanə Fərhadqızı