Xəbərlər 04.06.2025 10:32 253

Mediasiya Şurasının nümayəndələri Özbəkistanda Azərbaycan Səfirliyini ziyarət ediblər - FOTOLAR

Mediasiya Şurasının nümayəndələri Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyində olublar.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Özbəkistana səfəri zamanı Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev qəbul edib.

Mediasiya Şurasının İntizam Komissiyasının sədr müavini Orxan Mahmudov səfirlikdə təşkil edilən qəbul üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinə öz təşəkkürlərini bildirib.

Səfir Hüseyn Quliyev isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı