Xəbərlər 27.11.2023 12:31 2053

ABŞ-ın Çinə qarşı müharibə strategiyası...

Asiya-Sakit okean regionunda ABŞ və Çin arasında gərginlik hər ay artdıqca, beynəlxalq müdafiə mətbuatı Pentaqonun müharibə strategiyasını açıqlayıb. ABŞ Havay adalarında Çinə qarşı kütləvi “müharibə təlimi” keçirib. 

QHT.az xəbər verir ki, Çinin sahilyanı ölkələrlə suverenlik mübahisələri olduğu Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarə olunan raket esminesinin bir gün əvvəl üzməsi iki ölkə arasında gərginliyə səbəb olub. 

ABŞ Müdafiə Nazirliyinin 2024-cü maliyyə ili büdcəsində ən böyük payın Çinlə mübarizəyə ayrılması və ABŞ rəsmilərinin artıq NATO sessiyalarında Çinin ABŞ üçün təhlükəsizlik prioriteti olduğunu açıq şəkildə bəyan etməsi dünyanın diqqətini bu məsələyə yönəltməsinə səbəb olur.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı