Dairə seçki komissiyalarının sədrləri üçün təlimlər keçiriləcək
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə noyabrın 23-də Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımovla görüşüb.
QHT.az xəbər verir ki, görüşdə İnstitutun fəaliyyəti haqqında geniş məlumat verilib. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü maddəsi (“Azad seçki hüququ”) üzrə dairə seçki komissiyalarının sədrləri üçün təlimlərin keçirilməsinə dair razılıq əldə edilib. Görüş zamanı bu təlimlərin iştirakçıların Konvensiya ilə yaxından tanış olması və Avropa Məhkəməsinin seçki hüququna dair presedent hüququ barədə maarifləndirilməsi baxımından faydalı olacağı bildirilib.
Qeyd edək ki, bu təlimlər, seçki proseslərinin demokratik və şəffaf bir şəkildə təşkil olunması üçün sədrlərin bacarıqlarını inkişaf etdirməyə və beynəlxalq standartlarla uyğunluğu təmin etməyə nail olmağa kömək edəcəkdir.
Pərvanə Fərhadqızı