Layihəsi çərçivəsində xarici ölkələrdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar ilə görüşlər keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağın Tərəqqisi naminə ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın törətdiyi hərbi cinayət faktlarının toplanması, müxtəlif dillərdə hazırlanması və yayılması, beynəlxalq arenada bu faktların təbliğində gənclərin iştirakının təşviqi” layihəsi çərçivəsində xarici ölkələrdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar ilə görüşlər həyata keçirilib.
Görüş zamanı Emənilər tərəfindən törədilmiş müharibə cinayətləri haqqında geniş məlumat vermək üçün infokarabakh.com vebsaytının təqdimatı və müharibə cinayətlərinin araşdırılması zamanı həyata keçirilmiş araşdırmalar və çəkilmiş video materiallar təqdim edilib.
Görüşdə Finlandiya, Norveç, İsrail, Türkiyə, Almaniya və Monteneqroda yaşayan azərbaycanlılar iştirak etmişdir.
Görüş zamanı qərara alınmışdır ki, gələcək dövrdə layihənin davamlı icrasının təmin edilməsi üçün xaricdə yaşayan azərbaycanlılar ilə geniş tərkibdə əməkdaşlıqlar və işlər həyata keçiriləcəkdir.
Qeyd: Görüşdə eyni zamanda QHT-lərə Dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə Tarix sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən həyata keçirilən Qarabağın gerçək kimliyi: Alban abidələri layihəsi çərçivəsində hazırlanmış qısa metrajlı filmdə nümayiş edilmişdir..