Xəbərlər 02.10.2023 20:12 1422

Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başladı.

QHT.az xbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir: "Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir".

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı