Xəbərlər 11.09.2023 18:00 1704

Putin Hindistana neft satışından əldə etdiyi bütün gəlirləri itirdi

Hindistan banklarında təxminən 40 milyard dollar ilişib qalıb və onları oradan çıxarmaq mümkün deyil. Rusiya son aylarda Hindistana neft sataraq qazandığı təxminən 40 milyard dollar itirib. Bu pulu Hindistanın maliyyə sistemindən çıxarmaq sadəcə qeyri-mümkün oldu.

QHT.az xəbər verir ki, “neft rupisi” ilə bağlı fəlakət Rusiya prezidenti Vladimir Putinin xarici ticarətdə ABŞ dollarından istifadə etməmək cəhdlərinə güclü zərbə olub. Neft, qızıl və buğda kimi əmtəələrin ticarəti adətən ABŞ dolları ilə həyata keçirilir. Lakin Qərbin sanksiyalarına görə, rəsmi beynəlxalq əməliyyatlarda dolların istifadəsinə qadağa qoyulması ilə Rusiyanın maliyyə sistemi faktiki olaraq bütün dünyadan təcrid olundu.

Kreml Çin və Hindistana yerli valyutaları - yuan və rupi müqabilində neft satmaqla bu məhdudiyyətdən çıxmağa çalışıb. Bunun ikinci dərəcəli məqsədi ABŞ dollarının əsas dünya valyutası rolunu sarsıtmaq cəhdi idi.

Lakin sonradan məlum oldu ki, ruslar qazanclarını özləri ilə apara bilməyiblər. Xüsusilə Hindistanda daxili maliyyə sabitliyini qorumaq üçün dövriyyəsinə hökumət tərəfindən ciddi nəzarət edilən Hindistan rupisi ilə bağlı. Ruslara sadəcə olaraq xaricdə qazandıqları milyardlarla rupiyi çıxarmağa icazə verilmir və onu Hindistanda Rusiyanın ehtiyacı olan mallara xərcləmək mümkün deyil - onlar belə miqdarda yoxdur.

Bu məhdudiyyətlər nəticəsində Hindistanda bank hesablarında təxminən 39 milyard dollar ekvivalentində Rusiya rupisi ilişib qalıb. Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf etdi ki, Moskva artıq bu pulları geri götürmək ümidini itirib və Hindistanın özünə investisiya edəcək.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı