Xəbərlər 22.07.2023 21:22 5447

“Ərkivan” (Masallı) FK ölkə kubokunun sahibidir

Həvəskar klublar arasında qazanılan ölkə kuboku Masallıya gəlir

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə kuboku yarışlarına yekun vurulub.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu həvəskar komandalar arasında ölkə kubokunun sahibi olub.
Final qarşılaşması, iyulun 22-də Bakı şəhərindəki “ASKO Arena” stadionunda baş tutub. “Topçular” (Bakı) futbol klubu ilə görüş maraqlı anlarla yadda qalıb.
Oyunun əsas hissəsi hissəsi 5:5 hesabı ilə yekunlaşsa da Masallı idmançıları əlavə vaxtda önə çıxmağı bacarıblar. Rəqib komanda üzərində inamlı qələbə (7:5) çalan “Ərkivan” (Masallı) FK ölkə kubokunu qazanıb.

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı