“Ərkivan” (Masallı) FK ölkə kubokunun finalında
“Ərkivan” (Masallı) FK ölkə kubokunun finalında
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə ölkə kuboku yarışlarının final oyunları davam edir.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ölkə kubokunun 1/2 final mərhələsində, iyulun16-da Bakı şəhərindəki “ASK Arena” stadionunda “ROFM” (Respublika Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyat Məktəbi) komandası ilə qarşılaşıb. Rəqib komanda üzərində inamlı qələbə (6:1) çalan “Ərkivan” (Masallı) FK ölkə kubokunun finalına vəsiqə qazanıb.
Masallı futbolçularından Taleh Gülməmmədov (4 dəfə), Rəhman Murtuzayev və Emil Həsənov (1 dəfə) fərqləniblər.
Final oyununu iyulun 22-də keçirəcək “Ərkivan” futbol klubuna uğurlar arzulayırıq.
Akif AĞAYEV