Xəbərlər 14.07.2023 16:32 2140

Siyasi şərhçi Sosial medianın siyasi debatlara təsirini qiymətləndirib – AÇIQLAMA

“Sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər bu media istifadəsi şübhə doğurdusa, indi hansısa bir fərdin sosial şəbəkədə olmaması bir az qəribə qarşılanır”.

Bu haqda Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildiirib. O, qeyd edib ki, sosial şəbəkələr həyatımızın hər bir sahəsinə - qayğılarımıza, qərarlarımıza, düşüncələrimizə  təsir edir. Bəzən sosial şəbəkələr üzərindən debatlar gedir, müzakirələr aparılır. Bu da sosiala şəbəkəyə yansıyır. Bu mənada sosial medianın əhəmiyyəti böyükdur”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı