Siyasi şərhçi Sosial medianın siyasi debatlara təsirini qiymətləndirib – AÇIQLAMA
“Sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər bu media istifadəsi şübhə doğurdusa, indi hansısa bir fərdin sosial şəbəkədə olmaması bir az qəribə qarşılanır”.
Bu haqda Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildiirib. O, qeyd edib ki, sosial şəbəkələr həyatımızın hər bir sahəsinə - qayğılarımıza, qərarlarımıza, düşüncələrimizə təsir edir. Bəzən sosial şəbəkələr üzərindən debatlar gedir, müzakirələr aparılır. Bu da sosiala şəbəkəyə yansıyır. Bu mənada sosial medianın əhəmiyyəti böyükdur”.
Pərvanə Fərhadqızı