Xəbərlər 20.04.2023 11:16 2302

Həsənov Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunda

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.

 

 Sosialmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib.

 

Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

 

İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı