Xəbərlər 02.05.2025 20:28 190

Valideyn-Müəllim Assosiasiyası Qurultaya hazırlaşır - FOTOLAR

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası (AVMA) İctimai Birliyinin Ümumi Yığıncağı (Qurultayı) 17 may 2025-ci il tarixində keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə təşkilatın icraçı direktoru Şahin Rəcəbov məlumat verib.

Onun sözlərinə görə, bugün AVMA-nın Təşkilat Komitəsi ilə birlikdə icma rəhbərlərinin iştirakı ilə təşkilati və texniki hazırlıq işləri bir daha müzakirə olunub. Görüşdə yığıncağın yüksək səviyyədə təşkili və geniş nümayəndə heyətinin iştirakı üçün son mərhələ işlərinin görülməsi qərara alınıb.

Qeyd olunub ki, tədbirə aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, Milli Məclis üzvlərinin, ictimaiyyət və region təmsilçilərinin, təhsil ekspertlərinin və mütəxəssislərinin dəvəti nəzərdə tutulur.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı