Xəbərlər 30.04.2025 23:17 111

İradə Həsənova: “Meşələrin qorunması həm dövlətin, həm də cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir”

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında meşələrin qırılması və yaşıllıqların mühafizəsi ilə bağlı vacib məsələlərə toxunub.

O bildirib ki, meşələrin qorunması, yaşıllıqların mühafizəsi və bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2008-ci il tarixli qərarında öz əksini tapmışdır.

“Təbiətin mühafizəsi və yaşıllıqların qorunması dövlət səviyyəsində həyata keçirilən tədbirlər çərçivəsində tənzimlənir. Meşələrin, o cümlədən yaşıllıqların mühafizəsi insanlar üçün də əsas vəzifələrdən biri hesab olunur. Meşələr planetimizin təxminən 30%-ni əhatə edir. Nəfəs aldığımız havanın təqribən 20%-i Amazon meşələrinin payına düşür. Meşələrin böyük şəhərlərin birbaşa və ya dolayısı yolla istifadə etdikləri çay sularının keyfiyyəti və su dövranının tənzimlənməsi baxımından da mühüm funksiyası vardır. Bundan əlavə, meşələr torpağın eroziyaya uğramasının qarşısını alır, fırtına və daşqınların təsirini minimuma endirir".

QHT sədrinin sözlərinə görə, dünyanın müxtəlif yerlərində hər il təxminən 8 milyon hektar meşə sahəsi məhv edilir və bu, ciddi narahatlıq doğurur:

“Planetimizin "ağ ciyəri" hesab olunan Amazon meşələrinin artıq 5 faizi itirilib. Unutmamalıyıq ki, meşələr oksigen mənbəyidir, karbon qazını və zəhərli maddələri udaraq havanı təmizləyir. Meşələrin qorunması istiqamətində təkcə dövlət deyil, qeyri-hökumət təşkilatları, ictimaiyyət və hər bir vətəndaş da aktiv iştirak etməlidir: “Bu ortaq məsuliyyət ətraf mühitin sağlamlığı və gələcək nəsillərin rifahı üçün son dərəcə vacibdir.”

Ardı var...

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı