Xəbərlər 19.04.2023 20:59 4401

Masallıda Uşaq İncəsənət Festivalının ilk mərhələsinə start verilib

Masallıda Uşaq İncəsənət Festivalının ilk mərhələsinə start verilib

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi aprelin 19-da da davam edib.
Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı, Cəlilabad və Yardımlı rayonları üzrə, ümumilikdə 7 məntəqədə keçirilən festivalın ikinci günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortepiano, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında istedadlılar bacarıqlarını nümayiş etdiriblər.
Üç turdan ibarət festivalın münsif heyətinə hər nominasiya üzrə üç mütəxəssis cəlb edilib. Festival ərzində koordinatorlar və sistem inzibatçısıları fəaliyyət göstərəcək. 
Festivalda obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə münsiflərin adları açıqlanmayacaq.
Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. 
Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı